Hadisələr getdikcə daha maraqlı inkişaf edir. Nikol Paşinyan bəyan edib ki, Rusiya Dövlət Təhlükəsizlik Xidmətinin Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiya qovşağında bəzi monitorinq funksiyalarını istisna etmir.
Titul.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Arman Abovyan qeyd edib.
O bildirib ki, burda üç problem var:
“1. Trans-Atlantik vektor (ABŞ, Türkiyə, Böyük Britaniya və AB) Cənubi Qafqazdakı logistika qovşaqlarına baxışı fonunda Rusiya Federasiyasının (hətta qismən) monitorinqini heç bir şəkildə qəbul etmir. Qərbin məqsədi regionda tam nəzarəti bərqərar etməkdir.
Başqa sözlə, Qərb-Şərq xəttində kəskin münaqişə cizgiləri çəkilir.
2. Hökumət kadrlarının əksəriyyəti və Paşinyan hökumətinin nazirləri şəklində olan “qərbyönlü lobbi” Paşinyanın bu qərarına sakit baxmayacaq.
3. Ermənistan hakimiyyətinin Paşinyanın timsalında tamamilə qeyri-adekvat davranışı, situasiyadan asılı olaraq bir anlıq öz öhdəliklərindən qaçması artıq siyasi ənənəyə çevrilib.
Bunu ruslar, amerikalılar, iranlılar bilir və bu, əslində Ermənistan üçün ən dağıdıcı amillərdən biridir”.
15:23 - 12 Oktyabr 2024