Zakir Həsənovdan Ordumuzun arsenalına daxil edilən yeni silahlarla bağlı AÇIQLAMA

 Zakir Həsənovdan Ordumuzun arsenalına daxil edilən yeni silahlarla bağlı AÇIQLAMA

Müdafiə naziri Zakir Həsənov bu il 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin təşkilatçılığını yüksək qiymətləndirib.

Bu barədə Titul.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Nazir qeyd edib ki, ölkəmizdə və digər qabaqcıl dövlətlərdə istehsal edilən müasir silah-texnika nümunələrinin stendlərdə nümayiş etdirilməsini yüksək qiymətləndirib.

"Azərbaycan Ordusunun arsenalına daxil edilən yeni silah, texnika və hava hücum vasitələrinin imkanlarının, düzgün istismarının, həmçinin gecə və gündüz şəraitində effektiv döyüş tətbiqinin keçirilən təlimlərdə dərindən öyrənilməsi əsas tələblərdən biridir", - o əlavə edib.

12:11 - 12 Oktyabr 2024

Xəbər lenti