Nazirliyin şöbə müdiri İŞDƏN ÇIXARILDI

 Nazirliyin şöbə müdiri İŞDƏN ÇIXARILDI

Maliyyə Nazirliyinin İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri vəzifəsindən ayrılıb.

Titul.az APA-ya istinadən bildirir ki, sözügedən şöbənin müdiri Vüqar Məcidli işdən çıxıb.

Nazirlikdən məlumatı təsdiqləyiblər və bildirilib ki, hələlik bu vəzifəyə yeni təyinat olmayıb.

Qeyd edək ki, V. Məcidli 2015-ci ildən nazirliyin İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri vəzifəsində çalışıb.

17:59 - 11 Oktyabr 2024

Xəbər lenti