Azərbaycanda bələdiyyələrin dövlətə 8 milyon borcu var

 Azərbaycanda bələdiyyələrin dövlətə 8 milyon borcu var

“Azərbaycanda 1100-ə yaxın bələdiyyənin dövlətə 8 milyon manata yaxın borcu var”.

Titul.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında Azərbaycan  Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev deyib.

O qeyd edib ki, bələdiyyələrin borcu problemi uzun illərdir var. Onun sözlərinə görə, borcların böyüməsinin qarşısı alınıb, lakin əvvəldən qalan borclar hələ də var:

"1100-ə yaxın bələdiyyənin 8 milyon manata yaxın dövlətə borcu var. Bunların çoxu 3 ildən artıqdır ki, mövcuddur. Dövlət büdcəsindən bələdiyyələrə ayrılan dotasiyalarla bunu həll etmək olar. Amma bu da bələdiyyələrdə arxayınlıq yarada bilər. Müəyyən təkliflər var. Birləşmə başa çatdıqdan sonra bu problemi həll etmək daha optimal olacaq”.

16:10 - 11 Oktyabr 2024

Xəbər lenti