Özünü ölü göstərmək üçün oxşarını ÖLDÜRDÜ

 Özünü ölü göstərmək üçün oxşarını ÖLDÜRDÜ

Almaniyada qadın özünü ölü kimi göstərmək üçün özünə çox bənzəyən kosmetoloqu öldürüb.

Titul.az xəbər verir ki, 25 yaşlı Şahraban K. və cinayəti törətməkdə ona kömək edən Şeygerlə birlikdə özünə çox bənzəyən 23 yaşlı kosmetoloq Xədicə O.-nu qətlə yetirib.

İkili qurbanı kimsəsiz yerə apararaq ona 56 bıçaq zərbəsi vurublar.

Digər tərəfdən, Şahraban K.-nin keçmiş həyat yoldaşının cadu iddiası vəziyyəti daha da mürəkkəbləşdirib.

Həyat yoldaşının sözlərinə görə, keçmiş yoldaşı cadu üçün bunu edib. Kişi İraqda qara cadu üçün qadının cinayət törətdiyini və bunun üçün qurban tələb olduğunu bildirib.

Qadının öldürüldüyü yerdə tapılan ərəbcə cadular və fotoşəkillər şübhələri daha da artırıb. /"Unikal" 

15:35 - 11 Oktyabr 2024

Xəbər lenti