Tehran İsrail və ABŞ-ın İrana qarşı gözlənilən cavab tədbirləri zamanı onlara yardım edə biləcək ərəb dövlətlərini hədələyib.
Titul.az xəbər verir ki, bu barədə “Wall Street Journal” ərəb rəsmilərinə istinadla məlumat yayıb.
ABŞ nəşri yazır ki, qeyri-müəyyən olaraq xarakterizə edilən təhdidlər arxa kanallar vasitəsilə İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətərə göndərilib. İddiaya görə, İran həmin dövlətlərin əsas neft infrastrukturlarına hücum edə biləcəyi ilə bağlı təhdid edib.
Mənbə bildirir ki, ABŞ hərbi bazalarının yerləşdiyi ölkələrin hamısı Vaşinqtonu öz ərazilərindəki hava məkanı və ya obyektlərinin İsrail, yaxud Amerikanın İrana qarşı hərbi əməliyyatları üçün istifadəsinə icazə verməyəcəkləri barədə məlumatlandırıb.
ABŞ hərbi rəsmiləri nəşrə söyləyiblər ki, bəzi dövlətlər qeyri-rəsmi olaraq İsraildən onların hava məkanı və Amerika bazalarından bu cür addımlar üçün istifadə edilməməsini tələb ediblər.
Bölgə İranın oktyabrın 1-də ballistik raket hücumuna görə İsrailin vəd etdiyi cavabını gərgin şəkildə gözləyir, Vaşinqton İsrailin reaksiyasını koordinasiya etməyə və sakitləşdirməyə çalışır. /Teleqraf.com
12:09 - 11 Oktyabr 2024