İrəvanda yerləşən məktəblərdən birində 9-cu sinif tarix müəlliminin şagirdlərə dediyi sözlər ölkədə müzakirələrə səbəb olub.
Titul.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Nəşr yazır ki, müəllim şagirdlərə erməni tarixini öyrənməməyi tövsiyə edib:
“Ermənilərin deyil, dünyanın tarixini öyrənin. Erməni tarixini öyrənsəniz, konfederasiyaya çevriləcəksiniz, “Daşnaksütyun” isə erməni xalqına sadəcə zərər vurub. Əsas erməni deyil, dünya vətəndaşı yetişdirməkdir”.
Məşhur erməni tarix müəllimi Hayk Paytyan ölkədə əksər müəllimlərin eyni fikirdə olduğu bildirib:
“Eyni düşüncəni təbliğ edən çox sayda müəllim var. Hamısı qürursuzdurlar. Onlar həmin şəxslərdir ki, vaxtilə “artsax”la bağlı tədbirlərdə pafoslu çıxış edirdilər. İndi isə o ərazinin Ermənistanın olmadığını deyirlər. Eyni şey orduda da yaşanır, “artsax”dan qaçanlara yüksək mükafat verirlər.
Həmin müəllimlər savadasızdırlar. Dünya tarixi ayrı-ayrı xalqların tarixidir, onları öyrənməklə dünya vətəndaşı olunmur. Bəlkə də şagirdlərə Türkiyə tarixini öyrədib, “Yaşasın Osmanlı” deyəcəklər. Əbdülhəmid erməni tarixini məktəblərdən yığışdırdı, indi də eynisini Nikol Paşinyan edir”. /Globalinfo.az
10:32 - 11 Oktyabr 2024