“Qarabağ”ın hücumçusu Nəriman Axundzadə icarəyə verilə bilər.
Titul.az xəbər verir ki, “Turan Tovuz” onu qış fasiləsində sıralarına qatmaq iddiasındadır.
Kurban Berdiyev “köhlən atlar”ın əsas heyətinə düşməyə çətinlik çəkən 21 yaşlı forvardı sərəncamında görmək niyyətindədir. Tovuzlu rəsmilər rusiyalı baş məşqçinin istəyi üzərinə ağdamlı həmkarları ilə təmasa keçib.
Axundzadə ötən illərdə olduğu kimi, cari sezonda da az-az şans alır. Rəqabətə davam gətirməyə çətinlik çəkən lənkəranlı gəncin hələ yayda “Qarabağ”dan ayrılacağı gözlənilirdi.
Beş ay qabaq Səudiyyə Ərəbistanından ona dəvət var idi. Qurban Qurbanov onda bu izdivaca qol qoymadı.
Bəs bu gün? “Qarabağ”ın baş məşqçisinin “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyevlə isti münasibətləti sirr deyil.
Cütlük uzun illərdir dostluq edir. Bu yaxnlıq Nərimanın 6 ay “Turan” forması geyinməsinə yol aça bilər. /sportinfo
21:22 - 10 Oktyabr 2024