"Lenovo" şirkətinin top-menecerlərindən biri Ermek Jakipjanovun Qazaxıstanda öldürüldüyü iddia edilir.
Titul.az publika.az-a istinadən xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Qeyd edilib ki, oktyabrın 10-da Almatı vilayətində İli rayonunun Otegen-batır kəndinin kənarında 42 yaşlı mütəxəssisin zorakı ölüm əlamətləri olan meyiti tapılıb.
Agentliyin regional polis idarəsinə istinadən verdiyi məlumata görə, bir gün əvvəl Ermek Almatıda yoxa çıxıb. O, şirkətin Qazaxıstan, Tacikistan və Türkmənistanın dövlət qurumları ilə iş üzrə direktoru vəzifəsində çalışıb.
Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.
20:43 - 10 Oktyabr 2024