Vüqar Qurbanov bu xəstəxananın direktorunu İŞDƏN ÇIXARDI - FOTO

 Vüqar Qurbanov bu xəstəxananın direktorunu İŞDƏN ÇIXARDI - FOTO

Ağsu Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Əli Hüseynov vəzifəsindən azad olunub.

Titul.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.  

Qeyd edək ki, Əli Abbas oğlu Hüseynov 2020-ci ilin noyabrından xəstəxananın direktoru vəzifəsində çalışırdı. O, 1991-2019-cu illərdə Ağsu RMX-da baş həkimin müavini, 2019-2020-ci illərdə isə direktorun müavini vəzifəsində işləyib.

15:22 - 10 Oktyabr 2024

Xəbər lenti