Xanım teleaparıcı güllələndi - Öncə mübahisə ediblər ...

 Xanım teleaparıcı güllələndi - Öncə mübahisə ediblər ...

Amerikanın "19News" telekanalının xəbər aparıcısı Vinni Dorç güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Titul.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə telekanal məlumat yayıb.

Qeyd olunur ki, oktyabrın 7-də Ohayo ştatının Leykvud şəhərinin sakinləri küçədə iki nəfər arasında dava-dalaş olması barədə polisə müraciət ediblər.

Polislər hadisə yerinə çatanda bir kişi və qadının güllələndiyini aşkar ediblər. Qadının jurnalist Vinni Dorç olduğu məlum olub. Zərərçəkənlər xəstəxanaya çatdırılsa da, kişinin həyatını xilas etmək mümkün olmayıb, aparıcı isə təcili əməliyyat olunub.

10:58 - 10 Oktyabr 2024

Xəbər lenti