"Neftçi" rəhbərliyindən ŞOK QƏRAR - Məşhur məşqçi Bakıya dəvət olundu

Roman Qriqorçukla yolları ayıran «Neftçi» rəhbərliyi tezliklə yeni baş məşqçinin kimliyini açıqlayacaq.

Titul.az sprotinfo-yabistinadən xəbər verir ki, «Ağ-qaralar» paralel olaraq iki namizədlə danışıqlar aparır.

«Sumqayıt»ın çalışdırıcısı Samir Abasovla yanaşı, Abdullah Avcı da paytaxt təmsilçisinin gündəmində yer alıb.

Avqustun 31-də «Trabzonspor»dan ayrılan mütəxəsislə danışıqlara başlayıb. O, təcili olaraq Bakıya dəvət olunub.

Avcı 2020-ci ilin noyabrından 2023-cü ilin mart ayınadək "Trabzonspor"a baş məşqçilik edib. Daha sonra 2023-cü ilin oktyabrında komandaya gətirilmişdi.

"Qara dənizlilər" onun rəhbərliyi altında 1 dəfə ölkə çempionu olub, 2 dəfə Türkiyə Superkubokunu qazanıb.

Qara dəniz təmsilçisinə 38 ildən sonra Super Liqanın qızıl medallarını bəxş edən Avçu cari mövsüm çəmi 1 oyuna çıxıb və rəhbərliklə arasında yaranan fikir ayrılığına görə vəzifəsini tərk eləyib.

Avcı daha əvvəl Türkiyə millisi və "Beşiktaş"ın baş məşqçisi olub.

18:08 - 9 Oktyabr 2024

Xəbər lenti