Ətə görə kababçını öldürmüşdü - HÖKM OXUNDU

 Ətə görə kababçını öldürmüşdü - HÖKM OXUNDU

Nizami rayonunun Keşlə qəsəbəsində kababçını qətlə yetirməkdə ittiham olunan Rəhman Qəhrəmanovun məhkəməsi yekunlaşıb.

Titul.az “Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, R.Qəhrəmanov xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirli bilinərək 17 il azadlıqdan məhrum edilib.

Kabab davasına görə məhkum edilən 34 yaşlı Rəhman cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, hadisə bu ilin aprelində baş verib. İttihama görə, qətlə yetirilən Anar Quliyevlə Rəhman Qəhrəmanov arasında kababa görə dava düşüb. Anar Keşlə qəsəbəsində kababçı işləyirmiş. Rəhman onun işlədiyi yerə kabab yemək üçün gəlibmiş. Amma ətin tamı xoşuna gəlmədiyi üçün, aralarında mübahisə yaranıb. Mübahisə sonradan kababçının ölümünə gətirib çıxarıb.

14:46 - 9 Oktyabr 2024

Xəbər lenti