MDB dövlət başçılarının məhdud tərkibdə keçirilən görüşündə Cənubi Qafqazda münaqişənin tezliklə sülh yolu ilə nizamlanması məsələlərinə dair söhbət aparılıb.
Titul.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında MDB-nin baş katibi Sergey Lebedev bildirib.
Onun sözlərinə görə, bütün MDB dövlət başçıları Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyana tezliklə razılığa gəlməyi arzulayıblar: "Məni sevindirdi ki, Azərbaycan və Ermənistan liderləri kifayət qədər nikbin proqnozlar verdilər ki, onların tezliklə nizamlanmaya hazır olması sayəsində sülh sazişi çox gözləməli olmayacaq. Təbii ki, heç kim konkret tarixlər qeyd etməyib. Siz başa düşürsünüz ki, bu iş mürəkkəbdir, lakin sessiyada hamı sülh prosesinin yaxın vaxtlarda başa çatacağına ümid etdiyini bildirib".
14:01 - 9 Oktyabr 2024