1 yanvar tarixindən artım olacaq - Əhaliyə ŞAD XƏBƏR

 1 yanvar tarixindən artım olacaq - Əhaliyə ŞAD XƏBƏR

Gələn ilin ilk günlərində minimum əməkhaqqı və pensiya məbləğlərində artım olacağı gözlənilir.

Titul.az xəbər verir ki, bu barədə news24.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bildirib. 

Onun sözlərinə görə, artımın olması isə təbii ki, digər pensiya məbləğlərinə də birmənalı şəkildə öz təsirini göstərəcək. 

"2025-ci ilin yanvarın 1-dən minimum əmək pensiyalarının məbləğində artımların olacağı gözlənilir. Bu artımın olması isə təbii ki, digər pensiya məbləğlərinə də birmənalı şəkildə öz təsirini göstərəcək. Yəni pensiya artımları, eyni zamanda minimum əmək haqqının məbləğində artımlar baş verəcəkdir. Minimum əmək haqqının artırılması düşünürəm ki, 15-16 faiz ola bilər, bu da subyektiv fikrimdir. Ancaq pensiya məbləğlərinə gəldikdə isə minimum pensiya məbləğinin səviyyəsi başa çatan ilin orta aylıq nominal əmək haqqının artımına görə indeksləşdirilir. Artımlar növbəti ilin 1 yanvar tarixində həyata keçəcək". 

18:34 - 8 Oktyabr 2024

Xəbər lenti