Afətin oğlunun toyuna 5 min dollar göndərən O QADIN KİMDİR? - FOTO

 Afətin oğlunun toyuna 5 min dollar göndərən O QADIN KİMDİR? - FOTO

Ötən gün müğənni Afət Fərmanqızı oğluna toy edib.

Titul.az xəbər verir ki, toya çağrılan qonaqlar arasında ən çox nəmər yazdıran şəxsin kimliyi məlum olub. Sosial şəbəkələrdə o qadının biznes-ledi Ruhi Əliyeva olduğu və bu məbləğin 50 min dollar civarında olduğu ilə bağlı xəbərlərə rast gəlsək də Afət real rəqəmi açıqlayıb.

Bu gün "Rəngarəng səhər" verilişinin qonağı olan A.Fərmanqızı toya gəlməyib, nəmər göndərən keçmiş müğənni, hazırda iş xanımı kimi fəaliyyətinə davam edən Ruhi Əliyevaya efir vasitəsilə təşəkkürünü bildirib. 

Bu məqamda verlişin aparıcısı Ruhinin toya 5 min dollar yazdırdığına işarə edib. Xanım ifaçı birbaşa söyləməsə də dolayısı yolla sözügedən məşhurun həmin məbləği göndərdiyini etiraf etmiş olub.

Qeyd edək ki, müğənninin oğlu Hüseyn Fidan adlı xanımla ailə həyatı qurub. O, xanım ifaçının yeganə övladıdır.

17:34 - 8 Oktyabr 2024

Xəbər lenti