Dünən küçədə döyülən aşıq Namiq bu vəziyyətdə verilişə çıxdı - FOTO

 Dünən küçədə döyülən aşıq Namiq bu vəziyyətdə verilişə çıxdı - FOTO

Tanınmış musiqiçi Aşıq Namiqin (Hüseynov Namiq Cəbrayıl oğlu) ötən gün parkda döyüldüyü barədə məlumat vermişdik.

Titul.az xəbər verir ki, sənətçi hadisədən bir gün sonra verilişə çıxıb. Aparıcıların suallarına baxmayaraq Namiq qalmaqallı olay barədə danışmaq istəmədiyini bildirib.

Qeyd edək ki, hadisə dünən Nərimanov rayonunun Dədə Qorqud parkında baş verib. S.Babayev (şərti soyad) 1982-ci il təvəllüdlü Namiq Hüseynovun anası, 1967-ci il təvəllüdlü R.Babayevaya söz atdığını bildirib.

O, Aşıq Namiqə irad bildirib və mübahisə zəminində dava-dalaş düşüb. Daha sonra tərəflər mübahisəni Nəsimi rayonu ərazisində davam etdiriblər.

Hadisədən sonra S.Babayev və Aşıq Namiq Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə şikayət ediblər. Onların ikisi də döyüldüyünü bildirib.

Hazırda araşdırmalar davam etdirilir.

 

10:04 - 14 Noyabr 2023

Xəbər lenti