Yarım saat ərzində iki qadını öldürən 19 yaşlı gənc KİMDİR? - Dəhşətli DETALLAR + FOTO

 Yarım saat ərzində iki qadını öldürən 19 yaşlı gənc KİMDİR? - Dəhşətli DETALLAR + FOTO

İstanbulda qan donduran qətl hadisəsi baş verib.

Titul.az xəbər verir ki, qəssab olduğu deyilən 19 yaşlı Semih Çelik adlı gənc dünən Türkiyə saatı ilə günorta 4-ün yarısında sevgili olduğu Ayşenur Halili bıçaqlayaraq qətlə yetirib. Ayşenurun Çelikin yeni sevgilisi olduğu iddia edilir.

Eyni zamanda sinif yoldaşı olmuş keçmiş sevgilisini görüşə çağıran Çelik, İkbal Uzuneri yanına çağıran Çelik, bıçaq zoruna ərazidəki tarixi qalaya çıxarıb. Orada onlar mübahisə etdikdən sonra Çelik, gənc qızı bıçaqlayaraq öldürdükdən sonra başını kəsib qaladan aşağı atdı. Bunun ardınca isə yarım saat ərzində iki gənc qızın həyatına son qoyan Çelik özünü qaladan ataraq intihar edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.

09:19 - 8 Oktyabr 2024

Xəbər lenti