Qriqorçuk "Neftçi"dən GETDİ - Rəsmi

 Qriqorçuk

“Neftçi” baş məşqçisi Roman Qriqorçukla yollarını ayırıb.

Titul.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər.

Klub təcrübəli mütəxəssisə əməkdaşlığa görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Neftçi" çempionatda 9 turdan sonra cəmi 5 xalla 9-cu yerdədir. Premyer Liqada ardıcıl 9 oyundur ki, qələbə qazanmayan "ağ-qaralar" tarixinin ən uğursuz dövrünü yaşayır. 

Əlavə edək ki, Roman Qriqorçuk bu mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalamışdı.

20:10 - 7 Oktyabr 2024

Xəbər lenti