General-leytenant Namiq İslamzadə komandan TƏYİN OLUNDU

 General-leytenant Namiq İslamzadə komandan TƏYİN OLUNDU

General-leytenant Namiq İslamzadə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı təyin olunub.

Bu barədə Titul.az-a Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı bu vəzifədə Hərbi Hava Qüvvələrinin sabiq komandanı general-leytenant Ramiz Tahirovu əvəzləyib. R.Tahirov iki ay öncə yaş həddi ilə əlaqədar xidmətdən azad edilib.

18:23 - 7 Oktyabr 2024

Xəbər lenti