Ailənin tək övladı imiş, əsgər getməyə hazırlaşırmış - FOTO

 Ailənin tək övladı imiş, əsgər getməyə hazırlaşırmış - FOTO

Ötən gün Lənkəran-Boradigah-Masallı magistralında, rayonun Şağlaser kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Titul.az xəbər verir ki, 2006-cı il təvəllüdlü Amil Ehtiram oğlu Sadıqov aldığı vədən xəsarətləri nəticəsində hadisə yerində həak olub. 

2003-cü il təvəllüdlü Ruslan Fikrət oğlu Rəsulov, 2006-cı il təvəllüdlü Qurbanəli Ətafil oğlu Salayev, 2005-ci il təvəllüdlü Elvin Əbdül oğlu Əliyev və 2006-cı il təvəllüdlü Əbdül Tapdıq oğlu Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Qəza zamanı dünyasını dəyişən Amil Sadıqov ailənin tək övladı olub. Mərhum bu ilin yanvar ayında hərbi xidmətə yola düşəcəkmiş.

Hadisə zamanı xəsarət alanların da hazırda Lənkəran Rayon Mərkəzi Xəstəxanasında müalicələri davam edir.  /Qaynarinfo

12:23 - 7 Oktyabr 2024

Xəbər lenti