ABŞ İrandakı müəyyən hədəflərə hücum etməkdən çəkinəcəyi təqdirdə İsrailə “təzminat paketi” təklif edib.
Titul.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Kan-11 kanalının efirində israilli ekspert Amiçay Steyn deyib.
O bildirib ki, ABŞ-ın İranda konkret hədəfləri vurmaması İsrailə “tam diplomatik müdafiə və silah paketi” təklif edilib.
İddiaya görə, ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Maykl Kurillanın ötən gün İsrailə səfərinin məqsədi də bunu rəsmi Təl-Əvivlə müzakirə etməkdir.
“İsrail rəsmilərinin cavabı budur: “Biz ABŞ-ı dinləyirik. Amma İsrail dövlətinin vətəndaşlarını və təhlükəsizliyini qorumaq üçün əlimizdən gələni edəcəyik”, - ekspert vurğulayıb.
Qeyd edək ki, ABŞ lideri Co Bayden İsrailin İranın nüvə obyektləri və neft təsisatlarına zərbə endirməməsinə çağırış edib.
Xatırladaq ki, İran 1 oktyabrda İsrailə kütləvi raket zərbələri endirib. İsrailin cavab verəcəyi gözlənilir.
10:39 - 7 Oktyabr 2024