Göygöldə əqrəb sancan müəllim ölüb.
Titul.az unikal-a istinadla bildirir ki, Göygöl rayon Aşıqlı kənd sakini 1975-ci il təvəllüdü Adil Məmmədov sentyabr ayının əvvəllərində həyətyanı sahəsində işləyərkən əqrəb sancıb. İki gün sonra halı pisləşən şəxs xəstəxanaya aparılıb, müəlicəsi 1 ay davam etdirilsə də həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, A. Məmmədov Göygöl rayon Toğanalı kənd orta məktəbində Gənclərin Hərbi Hazırlığı fənnindən dərs deyirmiş.
10:16 - 7 Oktyabr 2024