Azərbaycanda bu TANINMIŞ HƏKİM paraşütdən yerə çırpılaraq öldü - FOTO

 Azərbaycanda bu TANINMIŞ HƏKİM paraşütdən yerə çırpılaraq öldü - FOTO

Quba rayonunda paraşütçü uçuş zamanı qəza edib.

Titul.az xəbər verir ki, hadisə dünən rayonun Qırız Dəhnə kəndində baş verib.

Belə ki, uzun müddət həvəskar şəkildə "skydive" idman növü ilə məşğul olmuş 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu dağlıq ərazidə paraşütlə uçuş edən zaman idarəetməni itirərək yerə çırpılıb.

Hadisə nəticəsində paraşütçü sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı xəsarəti nəticəsində yaranan travmatik şokdan ölüb.

Qeyd edək ki, məlum olub ki, 1986-cı il təvəllüdlü Şamo Mehdiyev Xırdalan şəhərində tanınmış stomatoloqlardan biri imiş. O, həvəskar şəkildə "skydive" idman növü ilə məşğul olub.

Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

09:19 - 7 Oktyabr 2024

Xəbər lenti