Müğənni Vəfa Şərifova iş adamı olan həyat yoldaşı Famil Xəlilovdan ayrılıb.
Titul.az xəbər verir ki, bu barədə ifaçı "Həmin Zaur" verilişində danışıb.
Vəfa bu zamana kimi Famillə rəsmi nikahda olmadığını da ilk dəfə etiraf edib:
"Nikahımız yox idi, kəbin kəsdirmişdik. Ona da son qoyduq. Bu günə qədər düşünmədən heç bir addım atmamışam. Daha yaxşı yollar olsaydı, hər halda orada addımlayardım. Belə gətirdi və belə oldu. Üç və ya dörd uşaqla da ayrılanlar var. Onun sevgisini, diqqətini sevirdim. Sevən bir insanın sevmədiyini görmək ağırdır bir qadın üçün. Ona görə də qismət belə oldu".
Qeyd edək ki, V.Şərifovanın Famil Xəlilovdan bir qız və bir oğul övladı var.
Vəfanın mövzu ilə bağlı daha geniş açıqlamasını təqdim edirik:
03:03 - 5 Dekabr 2023