ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, ölkəsi bütün dünyanın özünə gülməsinə icazə verə bilməz.
Titul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “C-Span” məlumat yayıb.
“Evləri su altında qalan insanlara 750 dollar təklif edirlər. Və eyni zamanda, biz ABŞ vətəndaşlarının əksəriyyətinin heç eşitmədiyi ölkələrə on milyardlarla dollar veririk. Dörd il əvvəl bütün dünya bizə hörmət edirdi. İndi isə bizə gülürlər. Biz bunun baş verməsinə icazə verə bilmərik”, - Tramp vurğulayıb.
Qeyd edək ki, ABŞ-nin sabiq lideri ona qarşı sui-qəsdin təşkil olunduğu Batlerdə yenidən mitinq təşkil edib.
Xatırladaq ki, Ameriksada prezident seçkisinə bir aydan da az vaxt qalıb. Seçki noyabrın 5-də keçiriləcək.
17:19 - 6 Oktyabr 2024