Makaron: İsrailə silah tədarükü dayandırılsın

 Makaron: İsrailə silah tədarükü dayandırılsın

İsrail hərbçilərinin Qəzza zolağında döyüş əməliyyatları aparmaq üçün istifadə edilən silah-sursatla təmin olunmasının dayandırılması regionda yaranmış vəziyyətin həllinə kömək edəcək.

Titul.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Hesab edirəm ki, bu gün məqsəd münaqişənin siyasi həllinə qayıtmaq və Qəzzada döyüşlər üçün silah tədarükünü dayandırmaqdır”, - prezident bildirib.

Eyni zamanda, Makron Fransanın İsrailə silah vermədiyini vurğulayıb. / Axar.az

 

22:37 - 5 Oktyabr 2024

Xəbər lenti