Azərbaycana gələn təyyarədə bədbəxt hadisə - Ölən var

 Azərbaycana gələn təyyarədə bədbəxt hadisə - Ölən var

Moskva-Gəncə reysi ilə Azərbaycana gələn sərnişin təyyarədə infarkt keçirib.

Titul.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 4-ü saat 15 radələrində qeydə alınıb. 

Gəncə şəhər sakini 1963-cü il təvəllüdlü Kəhriz İmran qızı Həsənovanın halı pisləşib. O, eniş edən təyyarədən endirilsə də, Gəncə Beynəlxalq Hava Limanında vəfat edib. 

Hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

10:38 - 5 Oktyabr 2024

Xəbər lenti