Türkiyənin Dənizli şəhərinin Pamukkale qəsəbəsində bir nəfər həyat yoldaşı və onun görüşdüyü kişini küçənin ortasında güllələyərək öldürüb.
Titul.az Trend-ə istinadən xəbər verir ki, ailə-məişət zəmnində qətl törədərək özünə də qəsd edən kişinin hadisədən 4 saat öncə sosial şəbəkə hesabında paylaşım etdiyi ortaya çıxıb. Paylaşımda, "Ölümümə görə Yusuf Cavlak və həyat yoldaşım Özlem Ülkər cavabdehlik daşıyır. Haqqım varsa arvadım və Yusuf Cavlakdan başqa hər kəsə halal olsun" ifadələrinə yer verib.
Polis hadisəni törədib, qaçan Emin Ülkerin saxlanılması üçün axtarışa başlayıb. İki şəxsi qətlə yetirməkdə şübhəli bilinəni Emin Ülker axtarışlar zamanı hadisənin törədildiyi əraziyə yaxın bir bağda ölü tapılıb. Ekspertizanın baxışından sonra Eminin hadisəni törətdiyi tüfənglə özünün çənəsindən atəş açaraq intihar etdiyi məlum olub.
İstintaq davam etdirilir.
01:17 - 14 Noyabr 2023