Bakıda videosu yayılan müğənni ÇADIRDA YAŞAYIR: 30-40 gün... - FOTO

 Bakıda videosu yayılan müğənni ÇADIRDA YAŞAYIR: 30-40 gün... - FOTO

Son vaxtlarda astral səyahətləri ilə gündəmə gələn müğənni Yusuf Güney evsiz olduğunu açıqlayıb.

Titul.az publika.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə "Hurriyet"ə danışıb.

O, astral səyahətlərinin birmənalı qarşılanmaması ilə bağlı suala cavab verib.

"Yaşadıqlarımın 10 faizini danışıram. Hamısını sizə desəm, görün nə olar? 5 gün bir yerdə, 2 gün başqa bir yerdəyəm. Hoteldə və çadırda qalıram. Çadır gözəldir. Monteneqroda 30-40 gün tək qalacağam və yenidən astral səyahətə gedəcəyəm", - müğənni bildirib.

Qeyd edək ki, bu yaxınlarda Bakıda konsert verən Yusuf, onunla şəkil çəkdirmək üçün səhnəyə çıxan gənc xanımın istəyini geri çevirməsi ilə gündəm olmuşdu.

11:40 - 4 Oktyabr 2024

Xəbər lenti