Kanal rəhbərliyi vəzifəsindən kənarlaşdırılan Rövşən Binnətli bugün metroda görünüb.
Titul.az Milli.Az-ın redaksiyasına göndərilən fotoda onun işə metro ilə gedib-gəlməsi əks olunub.
Qeyd edək ki, "İdman Azərbaycan" kanalında gözlənilməz ayrılıq baş verib. Kanalın direktoru Rövşən Binnətli işdən azad olunub. Onun vəzifəsini hələlik tanınmış şərhçi Fikrət Adıgözəlli icra edəcək. AZTV-nin Mətbuat xidməti Rövşən Binnətlinin işdən ayrılmasını təsdiq edib: "Rövşən Binnətli pensiya yaşı ilə əlaqədar işdən ayrılıb".
10:14 - 4 Oktyabr 2024