Metrodan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR - VİDEO

 Metrodan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR - VİDEO

Yaxın vaxtlarda Bakı metrosunda yeni qatarlar xəttə buraxılacaq.

Titul.az xəbər verir ki, artıq bu qatarların komplektləşdirilməsinə də başlanılıb.

İlin sonuna qədər gətirilməsi nəzərdə tutulan 7 qatardan 4-ü artıq Bakıya çatdırılıb. Bir qatarın tamamlama işləri başa çatdırılaraq, sazlama işləri üçün "Nərimanov" elektrik deposuna göndərilib. Oktyabr ayı ərzində bu il üçün nəzərdə tutulmuş son üç qatar da Bakıya çatdırılacaq.

Yeni qatarlar Avstriya Almaniya, Çexiya  və İtaliya istehsalı olan avadanlıqlarla təchiz olunub. Rusiyada layihələndirilərək istehsal olunan vaqonların təchizatı Bakı metrosunun texniki şərtləri əsasında həyata keçirilir
Bakı Metropoliteni"nin depolar üzrə iş departamentinin rəisi Faiq Əhmədov bildirib ki, yeni qatarlar sərnişin təhlükəsizliyi və rahatlığı baxımından ən müasir yeniliklərlə təchiz olunub. Onlarda Bakı metropoliteninin infrastruktur tələblərini özündə ehtiva edən sistem və avadanlıqlar da var.

Qeyd edilib ki, metro qatarlarının 50 faizi yenilənib. Yaxın 3 il ərzində hər biri 5 vaqondan ibarət olan 13 qatar xəttə buraxılacaq. Bu qatarlardan 7-si ilin sonuna kimi Bakıya gətiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

13:16 - 3 Oktyabr 2024

Xəbər lenti