Anklavlar mövzusu Bakı ilə münasibətlərdə hər zaman olub və bu məsələdən imtina edə bilmərik.
Titul az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deputat Qarnik Danielyanın Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinin müzakirə edildiyi barədə sözlərinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, İrəvan Azərbaycanın daxilində erməni anklavı Artsvaşenin (Gədəbəy rayonunda yerləşən Başkənd - red.) olmasından dolayı bu məsələdən imtina edə bilməz. /Axar.az
20:20 - 2 Oktyabr 2024