Bakının mərkəzi küçəsi bu tarixdən TAM BAĞLANIR

 Bakının mərkəzi küçəsi bu tarixdən TAM BAĞLANIR

Bakıda daha bir yolda hərəkət tam məhdudlaşdırılacaq.

Titul.az xəbər verir ki, bu barədə Avtomobil Yolları üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 5 oktyabr saat 00:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyov küçəsinə qədər olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

15:35 - 2 Oktyabr 2024

Xəbər lenti