Türkiyə futbol tarixinin ən titullu baş məşqçisi hesab olunan Fatih Terim hazırda işsizdir.
Titul.az xəbər verir ki, son olaraq Yunanıstanda “Panatinakos”u çalışdıran “imperator” may ayından etibarən rəsmi formada heç bir komandada çalışmır.
Adı bir sıra Asiya klubları ilə hallanan Fatih Terim,bu mövzuda hansısa açıqlama verməyib. “Qalatasaray”da və Türkiyə millisində qazandığı uğurlarla tanınan Terimin məşqçilik kariyerasına Azərbaycanda davam edəcəyi ilə bağlı iddialar var.
Sportinfo.az xəbər verir ki, bununla bağlı yerli media yeni iddia irəli sürüb. 71 yaşlı mütəxəssisin konkret hansı yerli klubu çalışdıracağı mediadan gizlədilir.
Lakin iddialara görə, Fatih Terimin özü də Azərbaycanda işləməyə maraqlıdır. Bəzi proqnozlara görə, onun növbəti adresi ölkəmizin ən köklü klubu “Neftçi” olacaq.
Yeni mövsümə olduqca bərbad start verən “flaqman” komandaya yeni ruh gətirmək niyyətindədir.
Hazırki situasiyada Fatih Terimin maaşını qarşılayacaq ən potensiallı və real namizəd də məhz “Neftçi”dir. / sportinfo.az
14:01 - 2 Oktyabr 2024