Oktyabrın 1-də İranın İsrailə atdığı raketlərin parçaları İordaniya ərazisinə düşüb.
Titul.az xəbər verir ki, bunu İordaniya hökumətinin rəsmi nümayəndəsi Məhəmməd əl-Momani deyib.
O bildirib ki, hadisə nəticəsində üç nəfər yaralanıb:
“Bəzi raketlərin hissələri İordaniyanın müxtəlif bölgələrinə düşüb. Ölən olmasa da, üç nəfər yaralanıb. Dağıntılar da var, lakin rəsmilər hələ zərərin qiymətləndirilməsini verməyə hazır deyil. İordaniya heç vaxt tərəflər üçün münaqişə meydanına çevrilməyəcək. Hakimiyyət orqanlarının əsas vəzifəsi İordaniya və onun vətəndaşlarını qorumaqdır”.
13:38 - 2 Oktyabr 2024