Salyanda faciəvi OLAY - 2 hərbçinin evdən meyiti tapıldı

 Salyanda faciəvi OLAY - 2 hərbçinin evdən meyiti tapıldı

Salyanda 2 nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Titul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Salyan şəhəri N.Babayev küçəsində yerləşən mənzildə kirayə yaşayan 2 hərbçinin meyiti aşkar edilib.

Onların dəm qazından zəhərlənərək vəfat etdiyi bildirilir.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, vəfat edən hərbçilər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbçiləri olub.

10:17 - 4 Dekabr 2023

Xəbər lenti