"Azərbaycanda həbsdə olan erməni separatçılarının cinayət işləri yaxında baxılması üçün məhkəmələrə göndəriləcək”.
Titul.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
“İş üzrə ibtidi istintaq tamamlanıb. Hazırda tanışolma mərhələsidir. Bu da kifayət qədər uzun vaxt tələb edir. İşdə zərərçəkmiş çoxdur. Təqsirləndirilən şəxslərin hər birinin hüquqları tanınır”, - o qeyd edib.
Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda mövcud olmuş separatçı rejimin rəhbərləri Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, qondarma “xarici işlər naziri” David Babayan, “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək istintaqa cəlb edib. Onlar hazırda Bakıdakı təcridxanada saxlanılırlar.
Separatçılar ağır müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətllərdə, qanunsuz silahlı birləşmələr yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər.
09:01 - 1 Oktyabr 2024