Azərbaycanda olduqca yüksək qiymətə mobil telefon nömrələri satışa çıxarılıb.
Titul.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, 2024-cü ilin oktyabrın 30-da keçiriləcək hərracda 30 mobil telefon nömrəsi satışa çıxarılacaq.
Bu nömrələrin hamısı "Azercell Telekom" MMC-yə məxsusdur. Təklif edilən nömrələrin hamısının bazar dəyəri adi nömrələrlə müqayisədə yüksəkdir. Amma onların arasında bəziləri var ki, ilkin qiyməti bir neçə min manatdır. Hərraca çıxarılan nömrələr arasında ən bahalısı 994 10 555 55 55-dir. Onun qiyməti 75 000 manatdır.
Qiyməti olduqca yüksək olan digər nömrə 994 10 999 99 99-dur. Bu nömrənin ilkin qiyməti 63 750 manatdır. Bu mömrələrdən başqa, qiyməti 35 min manata olan nömrələr (994 10 400 00 00 və 994 10 500 00 00) də var.
Ən ucuz nömrələr isə 765 manatadır. Bu qiymətə 994 10 910 10 10 və digər bu kimi nömrələri almaq olar.
14:42 - 30 Sentyabr 2024