Fransada mühacir həyatı yaşayan Vidadi İsgəndərli bıçaqlanıb.
Titul.az axar.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Qənimət Zahid sosial şəbəkə hesabında yazıb.
"Fransada, Mülyuz (Mulhouse) şəhərində yaşayan Vidadi İsgəndərli bu gün səhər saatlarında naməlum adamların hücumuna məruz qalıb. Hücum edənlər səhər saat 7:30 radələrində onun yaşadığı evin pəncərəsini qıraraq içəri giriblər və Vidadi İsgəndərliyə çoxsaylı bıçaq zərbələri vurublar. V.İsgəndərli indi reanimasiyadadır, durumu ağır olaraq qiymətləndirilir”, - o bildirib.
10:11 - 30 Sentyabr 2024