İsrail HƏMAS liderini öldürdü

 İsrail HƏMAS liderini öldürdü

HƏMAS-ın Livandakı liderlərindən olan Şərif Əbu əl-Amin öldürülüb.

Titul.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, əl-Amin İsrail aviasiyasının Livanın cənubuna endirdiyi zərbələr nəticəsində öldürülüb.

Məlumatı HƏMAS da təsdiqləyib.

Qeyd edək ki, “Röyters” məlumat yayı ki, İsrailin Beyruta zərbələri nəticəsində Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsinin 3 lideri öldürülüb. Hücum Beyrutun mərkəzindəki Dahiya məhəlləsi yaxınlığında həyata keçirilib. Nəticədə Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsinin üzvü və hərbi təhlükəsizlik departamentinin rəhbəri Məhəmməd əl-Al, hərbi qanadın üzvü və komandir İmad Ouda və başqa bir yüksək vəzifəli şəxs Əbdülrəhman Əbd əl-Al öldürülüblər

10:47 - 30 Sentyabr 2024

Xəbər lenti