"Birinci həyat yoldaşım 2007-ci ildə avtoqəzada rəhmətə gedib. Mən hamilə idim, övladım o zaman 8 aylıq ana bətnində idi. O, övladının üzünü görmədi".
Titul.az xəbər verir ki, müğənni Ülviyə Namazova qonağı olduğu "Rəngarəng səhər" verlişində deyib.
Xanım ifaçı ilk həyat yoldaşının faciəvi ölümündən danışarkəm gözyaşlarını saxlaya bilməyib:
"O hadisədən sonra 3 il oxumadım. Hadisə gecə saatlarında baş verdi. Ölümündənm 15-20 dəqiqə öncə mənə zəng vurdu. Küsülüydük həmin günü, biraz inciklik olmuşdu. Mənə "həyatımın keyfi" dedi. Mən də bira acıladım. Ona görə özümü bağışlaya bilmirəm. Kaş ki, onunla o vaxt danışardım. O mənimlə küsülü dünyasını dəyişdi".
Qeyd edək ki, müğənni ikinci dəfə ailə həyatı qurub. Onun bu evlilikdən də bir övladı var.
Ülviyə Namazovanın həyatı ilə bağlı sözügedən açıqlamasının ardını videodan izləyə bilərsiniz:
12:41 - 3 Dekabr 2023