Naxçıvan istiqamətində mövqelərimiz yenidən ATƏŞƏ TUTULDU

 Naxçıvan istiqamətində mövqelərimiz yenidən ATƏŞƏ TUTULDU

Sentyabrın 28-i saat 23:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Almalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Titul.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

11:26 - 29 Sentyabr 2024

Xəbər lenti