Xəzərdə nə baş verir? - 200 ildir araşdırılır, lakin…

 Xəzərdə nə baş verir? - 200 ildir araşdırılır, lakin…

Xəzər dənizində suyun səviyyəsinin dəyişməsi məsələsi 200 ilə yaxındır elmi cəhətdən araşdırılır.

Titul.az globalinfo.az-a istinadən xəbər verir ki, bunu okeanoloq Vladimir Şevçenko deyib.

Onun sözlərinə görə, dalğaların hündürlüyü bəzən onlarla metrə çatır və təəssüf ki, bəzi problemlər hələ də həllini tapmayıb.

Okeanoloq bildirib ki, burada buxarlanma balansı ilə çay axını arasında əlaqə var:

“Xəzər dənizi Yer kürəsinin ən böyük qapalı su hövzəsidir. Ölçüsünə, mənşəyinə, dərinliyinə, duzluluğuna, həmçinin yatağının okean suları ilə formalaşmasına görə ən böyük göl və ya dəniz kimi təsnif edilə bilir. Aral dənizində olan bəla başqa idi. Amudərya və Sırdərya çayları pambıq sahələri üçün istifadə edildi və təbii olaraq quraq iqlimdə dəniz yox olmağa başladı. Xəzər dənizi çox böyük Şərqi Avropa platforması boyunca uzanan Volqa kimi çaylarla qidalanır, axını çox dəyişmir”.

Vladimir Şevçenkonun fikrincə, Xəzərdə suyun səviyyəsinin dəyişməsi əsasən təbii səbəblərdən qaynaqlanır.

13:52 - 28 Sentyabr 2024

Xəbər lenti