Rusiya Dövlət Dumasının deputatı Dmitri Kuznetsov Rusiyanın ailə qanunvericiliyinə dəyişikliklər etmək təşəbbüsü ilə çıxış edib. Parlamentarinin təklifinə görə, valideynlərin boşanması zamanı 8 yaşdan yuxarı oğlanlar atalarına verilməlidirlər.
Titul.az referans-a istyinadən xəbər verir ki, Kuznetsov bu yeniliyi rus ənənələrinə uyğun adlandırıb və bildirib ki, əvvəllər oğlanlar sonrakı tərbiyə üçün atanın himayəsinə verilirdilər.
"Oğlanları kişilər tərbiyə etməlidirlər", - deyə deputat vurğulayıb.
Parlamentari əlavə edib ki, yenilik boşanma və aliment ödəməmə probleminin həllinə kömək edəcək.
11:50 - 28 Sentyabr 2024