Həsən Nəsrullahın qızı ÖLDÜRÜLDÜ

 Həsən Nəsrullahın qızı ÖLDÜRÜLDÜ

İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun Dahiya bölgəsinə endirdiyi hava zərbələri nəticəsində Livan “Hizbullah”ının lideri Həsən Nəsrullahın qızı Zeynəb Nəsrullah ölüb.

Titul.az xəbər verir ki, bu barədə İsrailin “12”-ci telekanalı məlumat yayıb.

Bildirilib ki, Z.Nəsrullah “Hizbullah”ı dəstəklədiyini dəfələrlə bəyan edib.

Xatırladaq ki, Həsən Nəsrullahın böyük oğlu Hadi Nəsrullah da 1997-ci ildə İsrail hərbçiləri ilə döyüşdə ölüb.

İsrail KİV-inin yaydığı məlumata görə, ötən gecə “Hizbullah”ın Beyrutdakı mərkəzi qərargahına endirilən hava zərbələri nəticəsində Həsən Nəsrullah da ölüb.

11:30 - 28 Sentyabr 2024

Xəbər lenti