Milli Qəhrəman Gültəkin Əskərovanın qızı və bacıları 30 ildən sonra ilk dəfə onun şəhid olduğu yeri ziyarət ediblər.
Titul.az Manset.az-a istinadən xəbər verir ki, Gültəkin Əskərovanın qızı Əminə Axundova Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişinin aparıcıs Lalə Azərtaşla birlikdə anasının şəhid olduğu yerə yollanıb.
Qeyd edək ki, Gültəkin Əskərova 1992-ci il mayın 14-də Ağdam istiqamətində gedən döyüşlərə yollanıb. Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi yenidən xidmətə başlayır. Aranzəmin yüksəkliyinin ətəyində onun tibbi xidməti üçün yer ayrılır.
Burada dayana bilməyib, Aranzəmin yüksəkliyinə qalxır. Aranzəmin yüksəkliyi uğurunda gedən döyüşdə 1992-ci il 19 iyul saat 15:00-də şəhid olub.
Həmin görüntüləri təqdim edirik:
22:12 - 27 Sentyabr 2024