"Xəzər TV"nin binası da daxil olmaqla yaxınlıqdakı tikililərdən vətəndaşlar TƏXLİYƏ EDİLDİ

Xəbər verdiyimiz kimi, Bakıda 8 noyabr prospektinə yaxın ərazidə yanğın başlayıb.

Titul.az-ın əldə etdiyi məlumata görə, yanğınla əlaqədar "Xəzər TV"nin binası da daxil olmaqla yaxınlıqdakı tikililərdən vətəndaşlar təxliyə edilib.

Qeyd edək ki, paytaxtın Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın başlayıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib: "Yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. Polis əməkdaşları ərazini mühafizə edərək təhlükəsizlik tədbirləri görür".

FHN-dən verilən məlumata görə, məlumatla əlaqədar nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Qeyd olunub ki, hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

 

 

14:13 - 27 Sentyabr 2024

Xəbər lenti