Bakıda güclü yanğın BAŞLADI - Hadisə yerindən GÖRÜNTÜLƏR + VİDEO

 Bakıda güclü yanğın BAŞLADI - Hadisə yerindən GÖRÜNTÜLƏR + VİDEO

Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın başlayıb.

Titul.az xəbər verir ki, yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib: "Yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. Polis əməkdaşları ərazini mühafizə edərək təhlükəsizlik tədbirləri görür".

FHN-dən verilən məlumata görə, məlumatla əlaqədar nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Qeyd olunub ki, hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

13:45 - 27 Sentyabr 2024

Xəbər lenti