Vladimir Putin ABŞ-da Ukraynaya yeni yardımın ayrılması ilə bağlı qərarın qəbulunun gecikməsi və Avropa Birliyinin bundan sonra maliyyə dəstəyinin davam edə bilməməsi səbəbindən müharibədə qələbəni qeyd etmək planına yenidən qayıda bilər.
Titul.az Trend-ə istinadən xəbər verir ki, bunu Litva xarici işlər naziri Qabrielus Landsberqis deyib.
"Hazırda, deyəsən, Putin yarımçıq qoyduğu qələbə günü ilə bağlı planlarının tozunu silməyə hazırlaşır. Çünki Vaşinqtondakı müzakirələri, Avropanın Ukraynaya hərbi dəstək vermək məsələsində irəli gedə bilməməsini və cəbhədə ukraynalılara təzyiqlərin artmasını gördükdən sonra, məncə, məmnuniyyətlə yenidən planlaşdırmağa başlaya bilər", - deyə Landsberqis bildirib.
Litvanın XİN rəhbəri onu da qeyd edib ki, hazırkı vəziyyətdə Rusiya ilə danışıqlar Ukraynanın əleyhinə olacaq:
"İstənilən növ atəşkəs və ya danışıqlar Moskvada qələbə gününə gətirib çıxaracaq. Putin bunu açıq şəkildə təkid edir. Elə bir gün gələ bilər ki, ukraynalılar bizim onları silahla təmin edə bilmədiyimiz üçün daha döyüşməyə bilərlər. Bu yolla Putinin qələbəsini təbliğ edirik. Açıq olmalıyıq, "qızıl orta" yoxdur. Atəşkəs olarsa, bu, Putinin qələbəsi olacaq".
01:13 - 14 Noyabr 2023